Meyit
Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb
Bakıda tikilidə baş verən yanğın zamanı 36 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. […]
FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb
Azərbaycanda ötən həftə ərzində 682 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 3-ü azyaşlı olmaqla 36 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla […]
Gəncədə evdən qadın meyiti tapılıb
Gəncə şəhərində evdən qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Beəl ki, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. 79 yaşlı qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. […]
Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb
Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Şirvan kanalın Şəkili kəndi yaxınlığından keçən hissəsindəki körpü həndəvərində baş verib. 1970-ci il təvəllüdlü Yevlax rayon sakini Süleymanov Tofiq Qaçay oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
FHN: Ötən həftə 13 nəfərin meyiti təhvil verilib
Ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin […]
İsmayıllıda kanaldan 77 yaşlı kişinin meyiti tapıldı
İsmayıllı rayonunda kanaldan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Şirvan kanalının İsmayıllı rayonu ərazisindən keçən hissəsində baş verib. Tapılan şəxsin Göyçay rayon sakini, 1949-cu il təvəllüdlü Tahir Quliyev olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Şamaxıda kişi həyətində ölü tapıldı
Şamaxıda kişi evinin həyətində ölü halda tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini olan 32 yaşlı Vahid Firidun oğlu Əsgərovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Abşeronda 53 yaşlı kişinin kirayədə yaşadığı evdə meyiti tapıldı
Abşeron rayonunda 53 yaşlı kişimin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 13-ü rayonun Novxanı qəsəbəsində baş verib. Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Hüseyn Cəmşid oğlu Hacıyevin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb. Onun infarktdan öldüyü məlum olub. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Ağdaşda 53 yaşlı kişinin meyiti aşkarlanıb
Ağdaş rayonunda 53 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 12-də baş verib. Ağdaş rayonunun Qaradeyin kənd sakini 1973-cü il təvəllüdlü Bayram Məhəmmədəli oğlu Əliyevin yaşadığı evdə meyiti aşkarlanıb. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Kür çayında batan 21 yaşlı oğlanın MEYİTİ TAPILDI
Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
