“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı
1 min read

“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı

“Şəfa” FK komandanın baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.

Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.