Baş Məşqçi
“Karvan-Yevlax” baş məşqçisi ilə yollarını ayırdı
“Karvan-Yevlax” baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssisin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb. Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrında “Karvan-Yevlax”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Mövsümün yekunlarına əsasən 15 xal toplayan komanda Premyer Liqanı tərk edib.
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırdığını açıqlayıb
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb. Ukraynalı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb.
“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırdı
“Sumqayıt”da baş məşqçi ayrılığı yaşanıb. Canlixeber.com xəbər verir ki, klub Saşa İliçlə vidalaşıb. “Gənclik şəhər” təmsilçisi serbiyalı mütəxəssislə başa çatan müqaviləni yeniləməyib. “Kimyaçılar” İliçə gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla turnir cədvəlinin 7-ci pilləsində başa vurub.
