Avtomobil qəzası
Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu […]
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən […]
Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində – Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, ATECO və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Xətaidə qəribə qəza – Maşın evin damına çırpıldı
Paytaxtın Xətai rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə İnqilab İsmayılov küçəsində qeydə alınıb. Məlumata görə, idarəetmədən çıxan minik avtomobili yol kənarındakı fərdi evin damına çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Bakıda velosipedçi avtomobilin altında qaldı
“Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Bu cür nəqliyyat vasitələrindən istifadə zamanı isə qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur”. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) velosiped və skuter idarə edənlərə müraciətində qeyd olunub. Bildirilib ki, onlar əks […]
Göyçayda qəzada ölən yeniyetmə VII sinif şagirdi imiş
Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub. Qeyd edək […]
Babək rayonunda qəzada ölən gənc tələbə imiş
Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi olub. Xatırladaq ki, Nail İlham oğlu Əlizadəmayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanada […]
Naxçıvanda qəzada yaralanmışdı – Xəstəxanada öldü
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb. Canlixeber.com xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Qeyd ediliv ki, qəzada yaralanan digər şəxslər – İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, […]
Yevlaxda baba və nəvəsini avtomobil vurdu: Ölən var
Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi – 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub. Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var
Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü […]
