1 min read

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub. Qəza nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Gündüz qızı Əliyevanı vurub. […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişin, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov […]

1 min read

Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var

Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşublar. Hadisə […]

1 min read

Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma […]

1 min read

Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

İsmayıllıda ölümlə nəticələnən qəza olub

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyçay rayon sakini Yasər Mustafayev idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə […]

1 min read

Bakıda “Changan” piyadanı vurub öldürdü

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu “Changan” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 min read

Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Isuzu” markalı yük maşınında […]