Şamaxıda qəzada ər-arvad ölüblər
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb.
Canlixeber.com xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb
Çuxuryurd kəndi ərazidində dərəyə yuvarlanan avtomobildə olan 75 yaşlı Mətləb Aslanov və 70 yaşlı Şövkət Aslanova ər-arvad olublar.
Dərəyə yuvarlanan zaman avtomobil ağaca çırpılıb. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
