Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb
Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, hadisə Şirvan kanalın Şəkili kəndi yaxınlığından keçən hissəsindəki körpü həndəvərində baş verib.
1970-ci il təvəllüdlü Yevlax rayon sakini Süleymanov Tofiq Qaçay oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
