1 min read

Ağdaş sakininin meyiti yaşadığı evin həyətindən tapıldı

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.