Xəbər lenti
Sonuncu xəbərlər
Samuxda 32 yaşlı kişi bıçaqlandı
Samuxda 32 yaşlı kişi bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Yusif Eyvazov rayonun Qarayeri qəsəbəsində mübahisə zəminində bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən isə 1985-ci il təvəllüdlü Ülfət Hüseynovdur. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Nazir müavini: “Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək”
“Azərbaycanda 700-dən 800-ə qədər avtobusun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, bu yeni nəqliyyat vasitələrinin hər biri ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir”. Canlixeber.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib. O bildirib ki, növbəti illərdə bu keçidin tamamilə başa çatdırılması və əvvəlki […]
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü
225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb: “Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. Məsələ ilə əlaqədar […]
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilindi
Yevlaxda baş vermiş dəhşətli qəzanın səbəbi bilinib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb: Bildirilib ki, Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov BMW markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə, yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb: “Qəza […]
İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu göndərib. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi […]
Prezident: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir”
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən […]
İlham Əliyev: “Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir”
“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciətində bildirilib. Müraciətdə deyilir ki, korrupsiya dövlət təsisatlarına […]
İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb. Canlixeber.com müraciətin mətnini təqdim edir: “Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksəksəviyyəli iclasında salamlayıram. Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir […]
Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR
4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı […]
ABŞ-də ömürlük həbs cəzası alan qatil həbsxanadan qaçıb
ABŞ-nin Tennessi ştatında qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçıb. Canlixeber.com xəbər verir ki, bu barədə CNN ştatın Cəzaçəkmə Müəssisələri Departamentinə istinadən məlumat yayıb. Məlumata görə, “Northwest” islah müəssisəsinin əməkdaşları gecə saatlarında məhbusun yoxa çıxdığını aşkar ediblər. Təhlükəsizlik kameralarının görüntülərində Morlinin həbsxananın perimetr hasarını aşaraq məhbus geyimində ərazini […]
