Misli Premyer Liqasında VIII tura iki oyunla start verilir
Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək.
Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “Şamaxı” “Şəfa”nı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
VIII tur
16 oktyabr
15:00. “Şamaxı” – “Şəfa”;
19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”.
