Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb. Canlixeber.com xəbər verir k, bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib. Məlumata görə, “BWF AirBadminton European Continental Championships 2026” turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü […]
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq
Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub. Canlixeber.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq. […]
Hindistanda içində zəvvarların olduğu avtobus aşıb: Ölənlər və yaralananlar var
Hindistanın Kota əyalətində Dehli-Mumbay magistral yolunda içində zəvvarların olduğu avtobus aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Dnaindia” nəşri məlumat yayıb. Məlumata görə, Bhopaldan Racastandakı Kxatu-Şyam məbədinə zəvvarları aparan avtobusun aşması nəticəsində ən azı 8 nəfər həlak olub. Həmçinin çox sayda yaralanan var. Avtobusda 25 sərnişin olub və onlar arasında yaşlılar və uşaqlar da olub. […]
Pakistanda şiddətli zəlzələ
Pakistanda 5.6 bal gücündə zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib. Məlumata görə, yeraltı təkanlar səhər saatlarında 141 mindən çox insanın yaşadığı Xuzdar şəhərindən 49 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
FIFA Türkiyə klubuna transfer qadağası qoydu
FIFA Türkiyənin “Eyüpspor” klubunu cəzalandırıb. Canlixeber.com xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Super Liqa təmsilçisi keçmiş oyunçularına olan borclarını ödəmədiyi üçün üç dönəmlik transfer qadağasına məruz qalıb. Borclar ödənəcəyi halda, qərar qüvvədən düşəcək. “Eyüpspor” çempionatda 7 turdan sonra 3 xalla 18-ci sıradadır.
“Beşiktaş”da ciddi itki
Türkiyə Super Liqa klublarından “Beşiktaş” ciddi itki ilə üzləşib. Canlixeber.com xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orkun Kökçü zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kapitan Avropa Liqasında “Hoffenhaym”la ikinci tur matçında xəsarət alıb. Onun bərpa müddəti açıqlanmayıb. Qeyd edək ki, Orkun bu mövsüm 9 oyunda 2 qol vurub.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 16-da polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Al Jazeera” Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatına görə, hadisə ötən gün baş verib. Ekipajın bütün üzvləri təxliyə ediliblər. Qeyd olunub ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi […]
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək. Canlixeber.com xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçiriləcək. Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında […]
Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? – Anası məhkəmədə danışdı
Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva ifadə verib. Bundan əvvəl Lütvəli Babayev də məhkəmədə sorğu-sual edilmişdi. Bu dəfə isə onun həyat yoldaşı şahid […]
