Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
“Şəfa” Nicat Mehbalıyevlə müqavilə imzalayıb
“Şəfa” növbəti transferini reallaşdırıb. Canlixeber.com kluba istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb. N.Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. 25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.
Azovda gəmilərə hücum zamanı həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. “Müvafiq […]
Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb
Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb. “Report” xəbər verir ki, iyunun 8-i saat 10 radələrində Ağcabədi şəhər sakini ruhi xəstə 1966-cı il təv. Sərxan Savalan oğlu Şirinov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Masazırda insident yaradan “Gelandewagen” sürücüsü məsuliyyətə cəlb edilib
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Gelandewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən […]
İlin əvvəlindən indiyədək 70 uşaq övladlığa verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən il ərzində 70 uşaq övladlığa verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumata görə, övladlığa verilən uşaqlardan 34-ü qız, 36-sı isə oğlandır. Bildirilib ki, uşaqların övladlığa verildikləri ailələrdə vəziyyətinin izlənilməsi məqsədilə mütəmadi monitorinqlər həyata […]
Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidentinin cəzası azaldılıb
Azərbaycanda həbsdə olan Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası 3 il azaldılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, Anass Derrazın apellyasiya şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yəni qərara əsasən, onun cəzası 12 ildən 9 ilə endirilib. İttihama görə, Fransa prezidentinin […]
Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb
Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. Canlixeber.com xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ahıl qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq. Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq. Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda […]
Bərdədə qəza olub, ölən və yaralananlar var
Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb. Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir. […]
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
İyunun 9-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
