Sosial
Naxçıvana uçuşlar ləğv olunub – SƏBƏB
Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək”, – məlumatda […]
Premyer Liqa: Daha iki klub avrokuboklara vəsiqə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha 2 oyunu keçirilib. Canlixeber.com xəbər verir ki, “Qarabağ” doğma meydanda “İmişli”yə 3:0, “Şamaxı” isə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə […]
Sabiq millət vəkili vəfat etdi
Sabiq millət vəkili, milli azadlıq hərəkatının fəallarından biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sabiq sədri Hacıbaba Əzimov vəfat edib. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, o, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru olub. Qeyd edək, Hacıbaba Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində doğulub. Bu dəqiqələrdə Bakı şəhərində yerləşən […]
Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M. Aslanov, […]
Sumqayıtda evdə kişi meyiti aşkarlanıb
Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Bildirilib ki, 1984-cü il təvəllüdlü Rza Rzayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Meyitə ilkin baxış keçirilib və araşdırmalara başlanılıb.Hadisənin başvermə səbəbləri araşdırılır.
Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək
İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər […]
WUF13 ilə bağlı ictimai nəqliyyatda hərəkətin necə təşkil ediləcəyi məlum olub
WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə yerüstü nəqliyyatın necə fəaliyyət göstərəcəyi məlum olub. Cənlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, ictimai nəqliyyatda hərəkət aşağıdakı kimi təşkil ediləcək:Avtobuslarla daşınmaAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni […]
Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndə indi 10 övladımla birlikdə qayıdıram
Xocalı rayonu Təzəbinə kəndinin sakini Anar Buludxanov 10 yaşında tərk etdiyi doğma yurda indi 10 övladı ilə birlikdə qayıtdığını deyib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki,o, açıqlamasında uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşadığını bildirib. A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısı olduğunu vurğulayıb: “Kənddən çıxanda 10 yaşım vardı, yalnız 44 yaşımda doğma ocağımıza […]
Sumqayıta yeni avtobuslar gətiriləcək
Sumqayıt şəhərində ictimai nəqliyyatın yenilənməsi istiqamətində addımlar davam edir. Canlixeber.com xəbər verir ki, yaxın günlərdə şəhərə yeni avtobusların gətiriləcəyi bildirilir. Bu nəqliyyat vasitələrinin əsasən 12, 12A, 6, 22, 2, 3, 4, 9, 8, 18, 19, 17 və 27 nömrəli marşrut xətlərində istifadəyə verilməsi planlaşdırılır.İlk mərhələdə 100 yeni avtobus sifariş edilib. Bundan əlavə, növbəti mərhələdə daha […]
WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib
Bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Canlixeber.com xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb. “Bu güclü qlobal reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılmasına yönəlmiş ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır”, […]
