1 min read

Evdən 10 min manat oğurlayan şəxs saxlanılıb

Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin […]

1 min read

FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib. Canlixeber.com xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. “Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi […]

1 min read

Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb. Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 74:71. Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək. Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), […]

1 min read

Nizamidə taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Nizami rayonu ərazisində taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan […]

1 min read

Gəncədə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib. İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya […]

2 mins read

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Avqustun 8-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası […]

1 min read

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb

Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, iki gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda […]

1 min read

Cəlilabadda iki evin həyətyanı sahəsi yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində kənd sakinlərinə məxsus iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb. Kənd sakinləri bildiriblər ki, yanğın hadisəsi ərazidən keçən […]

1 min read

Bəzi müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. Vakansiya seçimi […]