Xəbər lenti
Sonuncu xəbərlər
Bakıda dəhşət: Ana oğlunu ÖLDÜRDÜ
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. Canlixeber.com xəbər verir ki, Rəna adlı yaşlı qadının oğlunu bıçaqlayaraq qətlə yetirdiyi iddia edilir. Qadın daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
“Qəbələ”də yeni məşqçi təyinatları olub
“Qəbələ” futbol komandasının məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Bildirilib ki, baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər. Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) müvafiq korpusda fəaliyyətlərini […]
24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq
Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə alan pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən mama-ginekoloq Yelena Tağıyeva barəsində hökm çıxarılıb. Canlixeber.com xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2023-cü ilin oktyabrında Qusar Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində baş verib. Xaçmaz rayonunun Çiləgir kənd sakini, 2002-ci il təvəllüdlü A.B. xəstəxanada əməliyyat keçirib. Məhkəmənin müəyyən etdiyi hallara görə, […]
Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib. 48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.
Hava şəraiti kəskin dəyişir – Əhaliyə XƏBƏRDARLIQ
Sabah Azərbaycanda leysan olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə […]
Jurnalist Əvəz Zeynallı vəfat etdi
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib. Canlixeber.com xəbər verir ki, jurnalistin vəfatı barədə yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Qeyd edək ki, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən jurnalist onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
“Sentyabrın 27-də saat 22:00-da Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub”. Canlixeber.com barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. “Mərhumun ailəsinə və yaxınlarına […]
Bakının mərkəzində piyada zonaları genişləndirilir
Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlimat yayıb. Bildirilib ki, bu çərçivədə 2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini […]
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada […]
Polis 103 kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da və 27-də ümumi çəkisi 103,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
