Kriminal
Bakıda qonşular arasında mübahisə qətllə nəticələnib
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Binə-Sovxoz ərazisində qeydə alınıb. Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşu ona bıçaqla xəsarətlər yetirib. Şübhəli şəxs qonşusuna 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər […]
Abşeronda velosiped və akkumulyator oğurlayan şəxs saxlanılıb
Abşeron rayonunda talama cinayətləri qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənə məxsus velosipedi, digər bir vətəndaşın avtomobilindən akkumulyatoru və Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən nağd pul oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum […]
Azərbaycan vətəndaşının Tbilisidə qətlində ittiham olunan şəxs Batumi aeroportunda saxlanılıb
Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, qətl hadisəsi iyunun […]
36 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub. Həmçinin tədbirlərlə yabanı halda bitmiş […]
Axtarışda olan 83 nəfər saxlanılıb
İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz […]
Bakıda məktəbin həyətində gənc oğlana çoxsaylı bıçaq zərbəsi vurulub
Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb Canlixeber.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən […]
Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Canlixeber.com xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar […]
Qız qaçıran şəxslərə ağır cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsi qızın zorla qaçırılması və cinsi zorakılıqla bağlı cinayət işi üzrə hökm elan edib. Canlixeber.com xəbər verir ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş bildirib ki, o, evinin yaxınlığında avtomobilə zorla mindirilərək Ağstafa rayonunun kəndlərindən birində yerləşən evə aparılıb. Onun sözlərinə görə, yolda avtomobildən düşməyə cəhd etsə də, buna imkan verilməyib, sonradan isə saxlanıldığı […]
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutulub
Göyçayda mağazadan oğurluq edilib. Obyektə daxil olan naməlum şəxs kassada olan pulu və tütün məmulatlarını talayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Rahib Babayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun restorandan televizorlar və daha bir fərdi yaşayış […]
Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı
Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, rayonun Pirşağı qəsəbəsindəki obyektlərdən birindən 1 800 manat nağd pul və 4 160 manat dəyərində noutbuk oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb. Araşdırmalar zamanı […]
