Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub
1 min read

Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub

Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub.

Canlixeber.com xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb.

Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.