1 min read

Xırdalanda 31 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb. Canlixeber.com verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb. R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qanunsuz yollarla ölkəyə gətirilən dərman vasitələri aşkar edilib

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalının ərazisində […]

1 min read

Tanıdığı şəxsi restoranda bıçaqlayana hökm oxundu

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Namiq Kərimovun sədrliyi keçirilən yekun iclasda prokuror təqsirləndirilən Namiq Şirinlinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən 4 il azadlıqdan məhrum olunub. Xatırladaq ki, hadisə 2025-ci il […]

1 min read

Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Yasamal rayonunda mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub. Araşdırma aparılır.

1 min read

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 min read

Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü

Biləsuvar rayonunda kişi arvadını döyərək, bədənində siqaret söndürüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Mirzə Qulamov (ad və soyad şərtidir) evə gələrkən həyat yoldaşını evdə tapmayıb. Məlum olub ki, həyat yoldaşı əkin sahəsinə işləməyə gedib və ondan icazə almayıb. O, həyat yoldaşını evə çağırıb və aralarında […]

1 min read

Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu

Abşeron rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə öldürülüb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

3 mins read

Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxs HƏBS EDİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahim İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama əsasən, hadisə ötən il Goranboy rayonunun Düzqışlaq kəndində […]

2 mins read

Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisini həbsdən azad etdilər

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Röyal Hacıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin hökmü ilə R.Hacıyevə şərti cəza verilib və dərhal məhkəmə zalında həbsdən azad edilib. İttihama əsasən, təqsirləndirilən şəxs 2023-cü ilin yaz aylarından […]

1 min read

Azərbaycanda hava limanında saxlanılan qadın bloqer HƏBS EDİLDİ

Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb. Canlixeber.com xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay […]