Kriminal
“Neftçi”nin məğlub olacağını deyən dostunu küçədə döydü
Bakıda kişi küçədə dostunu döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. 35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə “Neftçi” futbol klubunun oyununa baxmağa gedirmiş. Bu zaman dostu “Neftçi”nin məğlub olacağını deyib. Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir […]
Dələduzluq edən 8 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən 8 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının avqustun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis 23 kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da ümumi çəkisi 23,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Hava limanında saxlanılıb həbs edilən “By Ella” azadlığa buraxıldı
Bir müddət öncə həbs edilən “By Ella” ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb. Canlixeber.com xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib. Bununla da bloqer azadlığa buraxılıb. Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. […]
Ərini qətlə yetirərək həyətdə basdırmaqda ittiham olunan qadına cəza istənilib
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamani Elmira İbrahimovanın 12 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib. Müdafiə tərəfinə […]
“Xaricdə iş” vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu
Xaricdə işə düzəltmək adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Paradise Travel Group” MMC-nin rəhbəri Pərvin Quliyevanın cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, 3 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı […]
MN-nin həbsdə olan Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədən azadlığa buraxılıb
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub və […]
Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı
Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib. Xatırladaq ki, hadisə avqustun 19-da Abşeron rayonunun Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rasif […]
Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb
Xəzər rayonunda sakinlərdən birinin evindən oğurluq edilməsi barədə polisə müraciət daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 49 yaşlı E.İbrahimov və 43 yaşlı V.Dadaşov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların mənzildən 2100 manat nağd pul və 2200 manat dəyərində qızıl-zinət […]
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. Canlixeber.com xəbər verir ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə […]
