İdman
Azərbaycan çempionatında qalmaqal: Meydana 9 nəfərlə çıxdılar, futbolçuları günahlandırdılar
Azərbaycan İkinci liqa təmsilçisi “Şəki Siti” klubu səhifəsində maraqlı açıqlama yayıb. Canlixeber.com xəbər verir ki, klub bəzi futbolçularını oyunlara gəlməməkdə günahlandıraraq onların adlarını açıqlayıb: “Şəki Siti” rəhbərliyi olaraq ictimaiyyətə bildirmək istəyirik ki, komandamızın bir neçə futbolçusu ikinci liqanın sonuncu turunda keçirməli oyunda iştirakdan imtina edib. Qeyd edək ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri oyunların […]
Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib
Misli Premyer Liqasının XXXII turu “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub. Canlixeber.com xəbər verir ki, onlar Misli Premyer liqasında 200-cü oyunlarını keçiriblər. Belə ki, E.Şahverdiyev üçün Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev […]
Vensan Abubakara transfer təklifləri var – “Neftçi”dən ayrılır?
“Neftçi”nin futbolçusu Vensan Abubakarın yenidən Türkiyə yaşıl meydanlarına qayıtması ehtimalı yaranıb. Canlixeber.com xarici mediaya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin formasını geyinən kamerunlu hücumçunun növbəti dayanacağı Türkiyənin “Bursaspor” klubu ola bilər. İddialara əsasən, Bursa təmsilçisi 33 yaşlı təcrübəli hücumçunu diqqət mərkəzində saxlayır. Mövsüm bitdikdə “Neftçi” ilə müqavilə müddəti başa çatacaq Abubakarın Türkiyə komandasına azad agent […]
Premyer Liqa: “Neftçi” avrokuboklara vəsiqəni təmin etdi
“Neftçi” cari mövsüm Misli Premyer Liqasında avrokuboklara vəsiqə qazanan sonuncu komanda olub. Canlixeber.com xəbər verir ki, “ağ-qaralar” buna 33-cü turda səfərdə “Sabah” üzərində 1:2 hesablı qələbədən sonra nail olublar. “Bank Respublika Arena”da son Azərbaycan çempionunun qonağı olan “flaqman”ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. “Bayquşlar”ın qolunu isə Aleksey İsayev (3) vurub.
Azərbaycan şahmatçıları beynəlxalq turnirdən üç medalla qayıdıblar
Azərbaycanın şahmatçıları Qazaxıstanın Astana şəhərində keçirilən türkdilli ölkələr arasında çempionatı iki qızıl, bir bürünc medalla tamamlayıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Bildirilib ki, yarış üç kateqoriyada – kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan […]
Azərbaycanda yeni stadion tikilir – Bu ay təməlqoyma mərasimi olacaq
Bu ay Azərbaycanda yeni stadionun tikintisinə başlanılacaq. Canlixeber.com Fanat.Az-a istinadla xəbər verir ki, paytaxt ətrafında “Sea Breeze Arena” inşa ediləcək. Stadionun təməlqoyma mərasimi mayın 20-də olacaq. Mərasimə futbol ictimaiyyətinin əksər nümayəndələrini dəvət edilib. Hələlik stadionun azarkeş tutumu və digər detallarla bağlı məlumatlar dəqiqləşdirilməsə də, idman qurğusunun Avropa standartlarına tam şəkildə cavab verəcəyi bəllidir. Xatırladaq ki, […]
Premyer Liqa: Bu gün XXXII tura yekun vurulacaq
Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək. “Zirə” Zirə İdman Kompleksinin stadionunda “Sumqayıt”ı, “Sabah” isə “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edəcək.Hər iki matç saat 18:00-da başlayacaq. “Sabah” – “Neftçi” görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya […]
Premyer Liqa: Daha iki klub avrokuboklara vəsiqə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha 2 oyunu keçirilib. Canlixeber.com xəbər verir ki, “Qarabağ” doğma meydanda “İmişli”yə 3:0, “Şamaxı” isə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə […]
Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Qarabağ” “İmişli”ni qəbul edəcək
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək. Canlixeber.com xəbər verir ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nın qonağı olacaq.Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan “Şamaxı”nın isə 35 xalı var.”Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda “İmişli”ni qəbul […]
