1 min read

Veronika Jilinanın Azərbaycanı təmsil etməsinə rəsmi icazə verildi

Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib. Nəticədə idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib. Veronika Jilina 2026–2027 mövsümündən etibarən beynəlxalq […]

1 min read

Adil Şükürov “Sumqayıt”da rəhbər vəzifəyə gətirildi

“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.

1 min read

Azərbaycanın basketbol millisi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Canlixeber.com xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə […]

1 min read

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri”yə qarşı hər iki oyunun hakim təyinatları açıqlanıb. Canlixeber.com xəbər verir ki, Bakıdakı matçı moldovalı FIFA referisi Roman Jitari idarə edəcək. Onun köməkçiləri isə həmyerliləri Vlad Lifçu və Vadim Vikol olacaq. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-da isveçrəli Luka Cibelli, AVAR-da Anoen Kanaqasinqam əyləşəcək. […]

2 mins read

Legionerlər yerliləri üstələdilər: Çempionatın yekun futbolçu hesabatı

Azərbaycan Premyer Liqasının 2025/26-cı illər mövsümü yaşıl meydanlara ayaq basan 330 futbolçunun iştirakı ilə yadda qalıb. Canlixeber.com xəbər verir ki, mövsümün maraqlı statistikasını Peşəkar Futbol Liqası (PFL) öz rəsmi hesabatında təqdim edib. Mövsüm ərzində heyətində ən çox futbolçuya şans tanıyan komanda 35 oyunçu ilə “Kəpəz” olub. Ən az oyunçu ilə kifayətlənən klub isə “Araz-Naxçıvan”dır (23). […]

2 mins read

Azərbaycan Premyer Liqasında ən çox cəzalanan komanda və futbolçu açıqlandı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında qeydə alınan cərimələr, sarı və qırmızı vərəqələrlə bağlı statistika açıqlanıb. Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, mövsüm ərzində hər oyuna orta hesabla 12,13 qayda pozuntusu qeydə alınıb. Futbolçulara ümumilikdə 752 sarı, 27 qırmızı və 17 birbaşa qırmızı vərəqə göstərilib. Statistikaya əsasən, orta hesabla […]

1 min read

Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub. Canlixeber.com xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib. Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir. 14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında […]

1 min read

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. İlk dəfə “Sea Breeze Resort” təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq. Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. […]

1 min read

“Qəbələ” konqolu futbolçu transfer etdi

“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, “qırmızı-qaralar” Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub. O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.