1 min read

Massa yenidən Azərbaycana “qarşı” – Bu dəfə “Sabah”ın oyununda

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində üz-üzə gələcək “Sabah” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasındakı ilk matçın hakimi Davide Massa Azərbaycan futbol azarkeşlərinə yad sima deyil. Canlixeber.com xəbər verir ki, 45 yaşlı təcrübəli FIFA hakimi karyerası boyu artıq 4 dəfə Azərbaycan təmsilçilərinin avrokuboklardakı sınaqlarında baş hakim funksiyasını yerinə yetirib. İtaliyalı ədalət təmsilçisinin yolları klublarımızla ilk […]

1 min read

Misli Premyer Liqasında ilk tura yekun vurulur: “Qarabağ” “Şamaxı”nı qəbul edir

Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulur. Canlixeber.com xəbər verir ki, birinci turun son oyun günündə “Qarabağ”la “Şamaxı” üz-üzə gəlir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı saat 19:30-da başlayacaq. 17 avqust Misli Premyer Liqası I tur Saat 19:30, “Qarabağ” – “Şamaxı”.

2 mins read

Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb. Bildirilib ki, ilk yarış günündə iştirakçılar Pirallahı rayonunda fərdi ötüşmə üzrə mübarizə aparıblar. 15 yaşadək oğlanlar arasında 10 km məsafəyə fərdi ötüşmədə İsmayıl Xankişiyev (ROEQİUGVM) birinci olub. Abdurrəhman Rəfiyev (AE Cycling School) ikinci, Emil Abbasov (AE […]

1 min read

Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin 2 boksçusu 1/4 finala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar. Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub […]

1 min read

Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək

Misli Premyer Liqasının I turunda bu gün daha iki qarşılaşma keçiriləcək. Canlixeber.com xəbər verir ki, günün ilk görüşü Sumqayıtda baş tutacaq. “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. “Zirə” isə doğma arenada Premyer Liqanın debütantı “Şəfa” ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da başlayacaq. Misli Premyer Liqası I dövrə, I […]

1 min read

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib. İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib. Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib. Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal […]

1 min read

Abdullah Zubir “Qarabağ”dan ayrıldı

Abdullah Zubir “Qarabağ”dan ayrılıb. Canlixeber.com xəbər verir ki, o, ötən gün komandanın düşərgəsini tərk edib. Fransalı yarımmüdafiəçi Qətərə yollanıb. O bu ölkənin “Əş-Şahaniya” klubu ilə müqavilə imzalayacaq. Zubir tibbi yoxlanışdan keçdikdən sonra onun transferi rəsmi açıqlanacaq. Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.

1 min read

“Neftçi” ABŞ-dən olan basketbolçu Cerod Robinsonu heyətinə qatıb

“Neftçi” basketbol komandası heyətinə yeni oyunçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. “Ağ-qaralar” ABŞ-dən olan müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı basketbolçu cari mövsümün sonunadək “Neftçi”nin formasını geyinəcək. Xatırladaq ki, Cerod Robinson ABŞ-nin tələbə liqasında (NCAA Division II) təmsil olunan “Shepherd University Rams” komandasının heyətində çıxış edib.

1 min read

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adlayıb

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir. Canlixeber.com xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər. Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). […]