Misli Premyer Liqası geri döndü: “Turan Tovuz” “Qəbələ”yə QARŞI
1 min read

Misli Premyer Liqası geri döndü: “Turan Tovuz” “Qəbələ”yə QARŞI

Bu gün Misli Premyer Liqasında yeni mövsümə start verilir.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək.

Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.

Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha beş görüş keçiriləcək.

Belə ki, “Araz-Naxçıvan” – “İmişli”ni, “Sabah” “Kəpəz”i avqustun 15-də, “Sumqayıt” “Neftçi”ni, “Zirə”, “Şəfa”nı avqustun 16-da qəbul edəcək.

Tura avqustun 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.

14 avqust

Misli Premyer Liqası

I tur

Saat 19:30, “Turan Tovuz” – “Qəbələ”.