1 min read

Paytaxtda piyada məsuliyyətsizliyi: Motosiklet sürücüsü xəsarət aldı

Ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində qəza baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Bu qəza bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında yalnız sürücülər deyil, piyadalar da ciddi məsuliyyət daşıyırlar: “Kamera görüntüsünü təhlil etdikdə bəlli olur […]

1 min read

Bakıda iki yaşlı körpə binadan yıxıldı

Bakıda iki yaşlı körpə binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 10-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki yaşayış binasında baş verib. Həmin binada yaşayan 2024-cü il təvəllüdlü uşaq 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

1 min read

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

1 min read

Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com verir ki, qəza saat 22 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

1 min read

Goranboyda 4 yaşlı uşaq ot tayasını yandırdı

Goranboyda 4 yaşlı uşaq babasının ot tayasını yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb. Rayon sakini Arzu Aslanovun həyətində olan 120 kip ot tayası yanıb. İlkin ehtimala görə, hadisəni onun 4 yaşlı nəvəsi tərəfindən ehtiyatsızlıqdan baş verib. Hadisə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub və alov söndürülüb.

1 min read

Hacıqabulda sərnişin avtobusu aşıb, yaralılar var

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

1 min read

Sumqayıtda avtomobil piyadanı və maşını vurub

Sumqayıt şəhəri Heydər Əliyev prospektində piyadavurma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, “Opel Astra” markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan piyadanı (qadın cinsli) vurub. Daha sonra isə avtomobili geriyə doğru hərəkət etdirərək “Toyota Land Cruiser” markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib. İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya […]

1 min read

Bakı və Sumqayıtda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 4 nəfərə müvafiq […]