Hadisə
Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş
Avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil olan Araz Yusifovun qardaşı imiş. Məlum olub ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq […]
Sumqayıtda avtomobil təmiri sexi yanıb
Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Koroğlu prospektində qeydə alınıb. 1980-ci il təvəllüdlü Emin Nadir oğlu Həşimovun icarədarı olduğu avtomobil təmiri sexi tamamilə, sexə bitişik olan avtomobil ehtiyat hissələri mağazasının isə bir hissəsi yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı […]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın olub
Laçın şəhərində yaşayış evlərinin yaxınlığındakı kol-kosluq sahədə yanğın baş verib. Canlixeber.comxəbər verir ki, hadisə Qorxmaz Eyvazov küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi həmçinin cəlb olunub. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb və yaxınlıqdakı yaşayış yerləri yanğından mühafizə olunub. […]
Tovuzda avtomobillər toqquşdu – Yaralanan var
Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Tovuz şəhərinin mərkəzi prospektində “VAZ 2107” ilə “Kia” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın öldü
Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib. Canlixeber.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan türkəsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib. Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Qeyd edək ki, […]
Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb. Canlixeber.com xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti adla) “TikTok” sosial şəbəkəsində özünə məxsus “melisa__591” hesabında canlı yayım açaraq əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib. O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati […]
Bakıda 36 yaşlı kişi evində ölü tapıldı
Bakıda mənzildən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da axşam saat 21 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Saatlı rayon sakini – 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin nəşi paytaxtda yaşadığı mənzildə tapılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.
Naxçıvanda gecə saatlarında kanalda batan şəxs xilas edildi
Gecə saatlarında Naxçıvanda Uzunoba Su Anbarını qidalandıran kanalda bir nəfər batma təhlükəsi ilə üzləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş […]
Beyləqanda kanalda bir nəfər batıb
Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
