1 min read

Lənkəranda açıq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Lənkəran rayonunun Separadi kəndi ərazisində açıq sahədə baş verən yanğın söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Yanğın baş verən əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülüb, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – deyə məlumatda […]

1 min read

Bakı Kənar Dairəvi Yolunda yük avtomobili yanıb: Sürücü xəsarət alıb

Bakı Kənar Dairəvi Yolunda lampa daşıyan yük avtomobili yanıb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə səbəbindən yolda ağır tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ucara qardaşıgilə gələn qadın zəhərlənib öldü

Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib. Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da öldü

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü […]

1 min read

Ağstafada kişi meyiti tapılıb

Ağstafada kişi meyiti aşkarlanıb. Canlixeber.com xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z. Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib. […]

1 min read

Bakıda avtosalonda yanğın baş verib

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma […]

1 min read

Saatlıda yanğın törədən şəxs saxlanıldı

Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Canlixeber.com xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.