1 min read

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin”112″ qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb […]

1 min read

Sumqayıtda avtobus azyaşlını vurub, faktla bağlı cinayət işi başlanılıb

Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi “Isuzu HC 45” markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar […]

1 min read

Qaxda ağır qəza: Yaralılar var

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu […]

1 min read

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Cəlilabad rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. “VAZ 21011” markalı avtomobil dönmə manevri etdiyi zaman arxadan gələn “Mercedes” markalı nəqliyyat vasitəsi ona çırpılıb. Daha sonra toqquşmanın təsirindən “VAZ 21011” yoldan çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər […]

1 min read

Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, şəhərin Sülh prospektində hərəkətdə olan 6 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır.

1 min read

“Şamaxinka”da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, sözügedən hadisə sentyabrın 18-də, saat 01:50- də baş verib. “Firudin İlqar oğlu Quliyevin idarə etdiyi “Lada Granta” markalı, 77-YZ-947 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib və onu yol kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində sürücü ilə yanaşı […]

1 min read

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə ki, Özbəkistan vətəndaşı, 1987-ci il təvəllüdlü Cafar Mahmudoviç Mahmudovun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Qadın ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar. Məlumat üçün bildirək ki, vəfat edən qadın […]

1 min read

Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü

Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub. Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb. Faktla bağlı araşdırma aparılır.