1 min read

Naxçıvanda maşın aşdı, ölən var

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Tovuzda iki uşağı maşın vurdu

Tovuzda iki məktəblini maşın vurub. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı

Bakıda 11 yaşlı uşağı avtomobil vurub. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb. R.Əsədovun anası bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb. Polis əməkdaşları […]

1 min read

Naxçıvanda maşın yolu keçən qadını vurdu

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub. Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yevlaxda kanaldan kişi meyiti tapıldı

Yevlaxda kanaldan kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib. İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır.