1 min read

Qaradağda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

1 min read

FHN: Ötən həftə 13 nəfərin meyiti təhvil verilib

Ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin […]

1 min read

Ağstafada maşın atı vurub, sürücü xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qazax istiqamətində hərəkətdə olan avtomobil qarşısına çıxan atı vurub. Avtomobilin sürücü E.Əmirov yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

İmişlidə şin partlayıb, usta xəsarət alıb

İmişli rayonunda şin partlayışı zamanı ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb. Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakı-Quba yolunun kənarında OBYEKT YANIB

Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə yol kənarında kafedə qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd olunub ki, yanğın hadisəsi ötən gün saat 21 radələrində baş verib. “Nazirliyin 112 qaynar telefon xəttinə Siyəzən rayonu Zarat kəndi ərazisində restoranda yanğın baş […]

1 min read

Bakı-İsmayıllı yolunda 2 maşın toqquşdu

Bakı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com verir ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birinin ön hissəsinə ciddi ziyan dəyib. Hadisə yerinə evakuator cəlb olunub.Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

1 min read

Goranboyda yük avtomobili qəza törədib, 1 tona yaxın yanacaq yola tökülüb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Türkiyə Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb. Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol […]

1 min read

Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə sürücü A. Əliyev sərnişinləri- Bakı şəhər sakini, 1986- cı il […]

1 min read

Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb

Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. ** Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub. Canlixeber.com xəbər verir ki, Yuxarı Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı […]