1 min read

Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub. […]

1 min read

Bakı-Quba yolunda qəza: Ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində qeydə alınıb. E.Xanquliyevin idarə etdiyi “Ford Transit” markalı 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyada Y.Dadaşovanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Tərtərdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb

Tərtərdə baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, qəza hadisəsi Bərdə- Ağdam yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını Ağdam -Mingəçevir xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusla toqquşub. Nəticədə “Ford ” markalı mikroavtobusda olan sərnişinlərdən 5 nəfəri xəsarət alıb. Yaralılar […]

1 min read

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafa rayonunda məktəbdə dava olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə […]

1 min read

Masallıda avtomobil darvazaya çırpıldı – Ölənlər var

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində olub. Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Eminağa Həşimov VAZ-2101 markalı avtomobiə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı darvazaya çırpılıb. Hadisə nəticəsində sürücü və və sərnişini, 1993-cü il təvəllüdlü Elvin İbrahimov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırma […]

1 min read

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir. […]

1 min read

Bakıda mikroavtobus divara çırpıldı

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün saat 20:30-da baş verib. BDYPİ-dən bildirilib ki, “Emin Salman oğlu Xudiyev idarə etdiyi “Mercedes Vito” markalı, 99-NA-120 dövlət nömrə nişanlı mikroavtobusun sükanı arxasında olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.