Hadisə
Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Əjdər Həmidzadənin (adı, soyadı şərtidir – red.) barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib. İttihama görə, Əjdər Həmidzadə həyat yoldaşı […]
Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib
Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar. Məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan […]
Tovuz ildırım evi vurdu, yanğın baş verdi – Xəsarət alanlar var
Tovuzda fərdi evdə yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Ehtimala görə ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar […]
Yol polisi İsmayıllıda üç nəfərin öldüyü AĞIR QƏZA ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Canlixeber.com həmin məlumatı təqdim edir: “Bu gün saat 12 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində paytaxt sakini Nihad Allahverənovun idarə etdiyi motosikletlə Qəbələ rayon sakini İsa Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində […]
Sumqayıtda zəncirvari QƏZA baş verib
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində iki “Honda”, “AzSamand” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər dörd avtomobilə ciddi ziyan dəyib.
Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
59 yaşlı kişi kanalda batdı, axtarışları aparılır
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində 59 yaşlı şəxs batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə iyulun 17-də Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və […]
Qazaxın Çaylı kəndində kişi meyiti aşlarlanıb
Qazax rayonunda 1966-cı il təvəllüdlü Elçin Məmmədovun meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, 60 yaşlı kişinin cansız bədəni Çaylı kəndində açıq sahədə həmkəndililəri tərəfindən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırça başlanılıb.
İsmayıllıda qəzada 3 nəfər ölüb
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, “Opel” markalı avtomobillə motosikletin toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik malumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.Hazırda yanğının […]
