1 min read

Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının […]

1 min read

Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər. Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.

1 min read

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. […]

1 min read

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədənFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal […]

1 min read

Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.

1 min read

QHT əməkdaşları Ağdərədə minaya düşdülər

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının (QHT) əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı […]

1 min read

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb. Canlixeber.com xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib. Tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C. Rəşidov saxlanılıblar. Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə […]