1 min read

Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik malumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.Hazırda yanğının […]

1 min read

“Azərsilah”-ın poliqonunda yanğın olub

Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bhubarədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

1 min read

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Canlı xəbər.com AZƏRTAC-a istinadlə xəbər verir ki, binadan 200-250 metr məsafəyə, “Lukyanovka” metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavanda çatlar əmələ gəlib. Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb. Qeyd edək ki, […]

1 min read

Ağstafanın bu kəndində sel gəlib

Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel gəlib. Canlixeber.com xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb. Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub. Sel suları sakinlərin həyətyani sahələrini də basıb. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənın arxların kənarına bəndlər vurulur.

1 min read

46 yaşlı qadın qızdırmadan öldü

Ağdaşda 46 yaşlı qadın vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının hərarətdən öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda […]

1 min read

Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

1 min read

Gəncədə vətəndaş çaya yıxılıb

Gəncə şəhəri ərazisində vətəndaş Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb bədən xəsarəti […]

1 min read

Gəncədə sərnişin “BakuBus”dan yıxılaraq xəsarət alıb

Gəncədə H.Əliyev prospektində “BakuBus”a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin- 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb. Canlixeber.com əbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti “BakuBus”a məxsusdur. Faktla bağlı […]

1 min read

Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Zərdabda avtomobil qəzası olub, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb. Fakt araşdırılır.

1 min read

Xırdalandakı güclü yanğın söndürüldü

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinddən (FHN) bildirilib. Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.