1 min read

Yevlaxda qəzada ölənlər qardaşdırlar – TƏFƏRRÜAT

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Canlixeber.com xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Aqşin Eldəniz oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Akif Əli oğlu Hacıyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə toqquşub. Nəticədə Akif Əli oğlu Hacıyev və həmin […]

1 min read

Kür çayında batan 21 yaşlı oğlanın MEYİTİ TAPILDI

Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – Xəstəxanaya yerləşdirilənlər var

Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata görə, zəhərlənmə səbəbindən 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib. Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu […]

2 mins read

Bakıda mağazada başlayan yanğın söndürülüb – Yenilənib

Bakının 28 May küçəsində baş verən yanğın söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli […]

1 min read

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən Əlcəzair vətəndaşları saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il […]

1 min read

Heydər Əliyev prospektində dayanmış avtomobil qəzaya səbəb olub

Müşahidə kameraları vasitəsilə qeydə alınan bu yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Görüntülərdən də aydın görünür ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər […]

1 min read

Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. Canlixeber.com xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə AAYDA-ya məxsus “Mitsubishi” toqquşub. Qəza zamanı iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki yük maşınının arasında qalaraq ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.