Hadisə
“Doktor Aygün”də pozuntular aşkarlandı – Nümayəndəsi nazirliyi günahlandırdı
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 97c ünvanında yerləşən “Doktor Aygün” Tibb Mərkəzində yoxlama aparılıb. Canlixeber.com Qaynarinfo”ya istinadla xəbər verir ki, “Doktor Aygün” Tibb Mərkəzində keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar (mikrobiloji, enfeksion) işlər üzrə fəaliyyətin olması faktı aşkarlanıb. Nəticədə klinika rəhbəri barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları […]
Gəncədə məktəblinin meyiti tapıldı
Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı
Zaqatala rayonunda kişi ehtiyatsızlıqdan yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Rayonun Dağlı kənd sakini – 1994-cü il təvəllüdlü Taleh Tahir oğlu İdrisov Aşağı Talada evin həyətindəki su hovuzunda təmir işləri apararkən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib, T.İdrisov ağır yanıq xəsarətləri alıb. Ona Zaqatala Rayon Mərkəzi […]
Evdən qadın meyiti tapıldı
Şəmkirdə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyti yaşadığı evdən aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölüm səbəbləri məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Abşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi “Minsk D D4” motosikleti ilə Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il […]
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, mikroavtobus fəhlələri istixanaya […]
Kəlbəcər sakini güllə yarası alıb
Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarası alıb. Canlixeber.com xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davaranaraq əl nahiyyəsindən güllə yarası alıb. Adıçəkilən şəxs Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma başlanılıb
70 yaşlı kişi hoteldə öldü
Beyləqanda hoteldə ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub. Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdamda avtomobil 4 piyadanı vurub
Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub. Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il […]
Türkiyədə ağır zəncirvari QƏZA: Həlak olanlardan biri azərbaycanlı sürücüdür
Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır. Canlixeber.com xəbər verir ki, yük avtomobilinin sürücüsü Nadir Salmanov əslən azərbaycanlı olub. Onun idarə etdiyi kimyəvi maddə daşıyan 99-ZC-168 nömrə nişanlı yük avtomobili Rüstəm Begenin sürdüyü nəqliyyat vasitəsinə arxadan çırpılıb. Ardınca hər iki avtomobil Osman Aktaşın idarə etdiyi digər yük […]
