Hadisə
Saatlıda ağır qəza: Beş yaşlı uşaq öldü
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədov “Mercedes” markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə həmin yerdəki istirahət parkının ətrafına quraşdırılmış dəmir […]
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü
Bakıda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan yolunun, Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb. Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobusla hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi “Lada Granta” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində E.Qədimov bədən […]
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
“Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb”. Canlixeber.com xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da təşkil olunan paneldə bildirib. Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu […]
Gəncədə evdən meyit tapıldı
Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı mənzildə aşkarlanıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Avtomobil dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı
Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib. […]
Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Məhkəmə iddianın qismən qəmin edilməsi barədə qərar qəbul […]
Xəzər rayonunda qəza olub, sürücü çətin vəziyyətdə qalıb
Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada Granta” markalı minik avtomobili və “Daewoo” markalı avtobusun iştirakı ilə […]
Naftalanda oteldə Özbəkistan vətəndaşının meyiti tapılıb
Naftalan şəhərində sanatoriyaya istirahətə gəlmiş Özbəkistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, “Qarabağ Otel Resort SPA” sanatoriyasında 1957-ci il təvəllüdlü Zufarof Cahangir Mahmudoviçin meyiti aşkar edilib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. 69 yaşlı kişinin ölüm səbəbi ilə bağlı prokurorluqda araşdırma başlanılıb.
Ağsuda 40 yaşlı kişi qayınanasını döydü
Ağsuda kişi qayınanasını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir – red.) evində həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı anasına zəng vuraraq İslamın evdə dava saldığını bildirib. Qadın gecə vaxtı onlara gələrək, kürəkəni ilə mübahisə edib və qızını da […]
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil veriliblər. […]
