1 min read

Bərdədə “Chevrolet” beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Ağcabədi rayon […]

1 min read

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 5 nəfər; Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov xəsarət alıblar. Yaralılar əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncəyə şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb edilib. Yanğının qarşısı alınsa da, ev tamamilə yanaraq yararsız […]

1 min read

Bağlı qapı arxasında qalan şəxs xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas olunub.

1 min read

Mingəçevirdə balıq tutan şəxs öldü

Mingəçevir su anbarında balıq tutan şəxs ölüb. Canlixeber.com xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərliklərdən birində baş verib. Həvəskar qaydada balıq tutmaq üçün adıçəkilən əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Kürdəmirdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb

Kürdəmir rayonunda “Toyota” markalı avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Pirili kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Hüseynovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü və sərnişinlər – 1979-cu il təvəllüdlü Səidə Hüseynova, 2007-ci il təvəllüdlü Afaq Hüseynova, 1989-cu il təvəllüdlü Mahruq Əliyeva və 2010-cu il […]

1 min read

Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

2 mins read

Köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı xilas edilib

Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub. Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycan […]

2 mins read

Bakıda gəlinlik salonunda dava: Satıcı müştəriyə xəsarət yetirdi

Bakının Nizami rayonunda ticarət mərkəzində dava olub. Canlixeber.com xəbər verir ki, hadisə “Laçın” Ticarət Mərkəzindəki “Nur” gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib – red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıcı işləyən 1986-cı il təvəllüdlü Aysu Əliyeva ilə aralarında mübahisə yaranıb. […]

1 min read

Xəqani bağında nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

Bakının Səbail rayonunda küçədə qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Adil Vəliyev (ad-soyad şərti verilib – red.) Səbail rayonu ərazisində yerləşən Xəqani bağında ictimai qaydanı pozaraq nalayiq ifadələr səsləndirib. İstintaq sənədlərinə görə, polis əməkdaşları bununla bağlı onu polis bölməsinə dəvət edib. Amma o, polis əməkdaşlarının […]