Hadisə
Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı
Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. İmişli rayon sakini – 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.
Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində yıxılaraq həyatını itirib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
Şəkidə hoteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Canlixeber.com xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M.Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli hoteldə yanğın baş verib. Yanğın nəticəsində hotelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb. Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən […]
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb. Canlixeber.com xəbər verir ki, şəhərin Xəzər bağları massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kimyəvi məhluldan zəhərləndiyi təxmin olunan S. İsrayılov sonradan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək […]
Masallı sakini ağacdan yıxılaraq ölüb
Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Məmmədrzaküçə kəndinin sakini, 1970-ci il təvəllüdlü Əşrəf Xeyrulla oğlu Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budayarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırmalar aparılır.
Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu
Bakıda kişi həyat yoldaşını döyərək saçını yolub. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin Aslanov (soyad şərtidir – red.) 2006-cı ildə ailə həyatı qurub və onların birgə nikahından iki övladları dünyaya gəlib. Eminin mütəmadi spirtli içkilər qəbul etməsi ailədə narazılığa səbəb olub. Emin növbəti […]
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub. Canlixeber.com xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “BMW-X6” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb. Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri – 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş […]
Xaçmazda yük qatarının qarşısına qəfildən insan çıxdı
Bu gün saat 05:05-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb. Canlixeber.com xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan vurulma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib. “ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada […]
43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb
Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: Polis hərəkətə keçdi
Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb. Canlixeber.com xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib. Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını xahiş edir. “Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə […]
