2 mins read

Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 6 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür. Canlixeber.com xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan […]

1 min read

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə bıçaqlanma olub

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü T.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, T.Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Əraziyə polis əməkdaşları cəlb […]

1 min read

Azərbaycan millisi Litvanı qəbul edəcək

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Litva millisini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək. Qeyd edək ki, tərəflər arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. UEFA Millətlər Liqası 4 oktyabr D Liqası, II qrup 17:00. Azərbaycan […]

1 min read

Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14°, gündüz 16-18° isti […]

1 min read

Bakı metrosunda halı pisləşən kişi öldü

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

1 min read

Bəzi ərazilərə qar yağmağa davam edir – Faktiki hava

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, […]

1 min read

Bir neçə yolda sürət həddi endirildi

Bakıda hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilərək portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan […]

1 min read

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. Canlixeber.com xəbər verir ki, “Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. […]