October 2026
Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. Canlixeber.com xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb. B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gələcək. Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və […]
Bakıda ev tikintisi faciə ilə nəticələndi
Bakının Suraxanı rayonunun Bahar qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində bir nəfər ölüb, digər şəxs isə xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beton plitələrin uçması nəticəsində iki nəfərin dağıntılar altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi […]
Abşeronda yaşayış binasında partlayış olub
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. […]
İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. Canlixeber.com xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb: “Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.
Bakıda kişi diş həkimi üstündə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. Canlixeber.com lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfizadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayaq pəncəsinə xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs mübahisəyə səbəb diş həkimi tapılmasıdır. Belə […]
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq. Canlixeber.com xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da “Neftçi” və “Spartak” (Vilnüs) qarşılaşıb. O vaxt […]
Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru bu şirkət oldu
“Faiqoğlu” şirkəti 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi sponsoru olub. Canlixeber.com xəbər verir ki, beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışı olan dünya çempionatı Milli Gimnastika Arenasında keçiriləcək. Bakı səkkiz ildən sonra yenidən böyüklər arasında cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Dünya çempionatı çərçivəsində başlayan əməkdaşlıq “Faiqoğlu” ilə Azərbaycan […]
Azərbaycan XİN Lesotonu təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Lesotonun Müstəqillik Gününü təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib. “Lesotonun Milli Bayramı münasibətilə Lesoto Krallığının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!”, – paylaşımda deyilir.
“UFC 332” turnirində mütləq rekord qeydə alındı
ABŞ-nin Yuta ştatının Solt-Leyk-Siti şəhərində yerləşən “Delta Center” arenasında “UFC 332” qarışıq döyüş sənətləri turniri başa çatıb. Yarış nokautların sayına görə tarixi rekorda imza atıb. Canlixeber.com xəbər verir ki, ilkin kard döyüşləri də daxil olmaqla, turnirdə ümumilikdə 11 nokaut qeydə alınıb. Bundan əvvəlki rekord 2025-ci ilin sentyabrında Parisdə keçirilən “UFC Fight Night 258” turnirinə məxsus […]
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. Canlixeber.com xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Turnirin ilk günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxacaq. Qadınların yarışında 48 kq çəkidə Şəfəq Həmidova 1/32 finalda Nataşa Razafindrakalo (Madaqaskar) ilə, […]
