1 min read

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü A.Quliyev, 1982-ci il təvəllüdlü V.Məmmədov, 1988-ci il təvəllüdlü M.Məmmədova və 2012-ci il təvəllüdlü A.Məmmədli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

1 min read

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına – tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir. Canlixeber.com xəbər verir ki, yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır. Çempionat çərçivəsində 1000-ə yaxın oyun […]

1 min read

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin “leytenant” rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsində əksini tapıb. […]

1 min read

Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu

“Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir”. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb: “Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün […]

2 mins read

Prezident Xalq rəssamını təbrik etdi

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Hörmətli Fərhad Xəlilov! Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika […]

1 min read

Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş, qurumun Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayevin cəzası azaldılıb. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb. N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum […]

1 min read

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb. Qeyd edək ki, […]