Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb
1 min read

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.

Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.