September 2026
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib. Canlixeber.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariyamühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 3230,81 hektarlıq sahədə təsdiq edilib.
Prezident bir qrup şəxsi “Tərəqqi” medalı ilə təltif etdi – SİYAHI
Auditorlar Palatasının üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdakı üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayev Akif Ağa oğlu Axundov Vaqif Xəlil oğlu Bayramova Lamiyə Qəşəm qızı Bənnayev Elxan […]
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. Canlixeber.com xəbər verir ki, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahına daxil edilib.
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən tiktoker “Əhdi” və dostu ilə bağlı QƏRAR
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan “Əhdi Parfum” ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıblar. Canlixeber.com xəbər verir ki, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qərbi Azərbaycan İcması bəyanat yayıb
“Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir. İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli […]
“Kurtlar Vadisi Pusu” serialı nəzarətə götürüldü
Türkiyədə Silivri Respublika Baş Prokurorluğu, Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində əhəmiyyətli bir addım atıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluq “Kurtlar Vadisi Pusu” serialında FETÖ təbliğatının aparılması iddiaları əsasında araşdırma başlamaq barədə qərar qəbul edib. […]
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan […]
400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum olunmasını və zaldan həbs edilməsini təklif edib. Hakimlərin müşavirəsindən sonra hökm oxunub, Havvaxanım Rüstəmova 3 il müəyyən […]
Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında “Cahan MFK”nı 6:5 hesabı ilə məğlub edən “Prestij MFK” turnirin ilk qalibi adını qazanıb. Canlixeber.com xəbər verir ki, sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilmiş final qarşılaşması Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. “Cahan MFK” […]
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub. Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb. Faktla bağlı araşdırma aparılır.
