September 2026
Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb?
“QHT işi” üzrə ittiham olunan “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun barəsindəki cinayət işinə dair məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi son iclasda hökm oxunub, H.Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum […]
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Canlixeber.com xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşılayıblar. Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, “Universal Energy” […]
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində 66 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yermakovsk bələdiyyə dairəsinin Verxni Kebej kəndində baş verib. Məlumata görə, ayı qadına onun yaşadığı evin həyətində hücum edib. Aldığı xəsarətlər nəticəsində qadın həyatını itirib. Hadisənin bütün təfərrüatları araşdırılır. Bildirilir ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə […]
Bakıda ağır avtoqəza – Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Asəf Asif oğlu Cəlilov “Hyundai Santafe” markalı avtomobillə yolu keçmək istəyən piyada Miryaqub İsfəndiyar oğlu Sadıqovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib. Canlixeber.com xəbər verir ki, görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması müzakirə edilib. Həmçinin Türk Dövlətləri Təşkilatı ilə […]
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
UEFA Avropa Liqasında əsas mərhələyə bu gün start veriləcək. Canlixeber.com xəbər verir ki, ilk oyun günündə 9 matç keçiriləcək. Günün mərkəzi qarşılaşması İtaliyada baş tutacaq. “Milan” doğma azarkeşləri önündə Portuqaliyanın “Benfika” komandası ilə üz-üzə gələcək. UEFA Avropa Liqası Liqa mərhələsi I tur 16 sentyabr 20:45. “Ararat-Armeniya” (Ermənistan) – “Sparta” (Çexiya) 20:45. “Omoniya” (Kipr) – “Selta” […]
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin […]
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib. Qəzada “Kia Sorento”da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif […]
Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı
Şəmkir sakini yaşadığı evi yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb. İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə edib. Daha sonra isə yaşadığı evi yandırıb. Adıçəkilən şəxs hadisə yerindən qaçıb. Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində yanğın […]
