1 min read

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 84 əcnəbini ölkədən deportasiya edib. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, müvafiq tədbirlərlə Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin […]

1 min read

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir. […]

1 min read

Bakıda mikroavtobus divara çırpıldı

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün saat 20:30-da baş verib. BDYPİ-dən bildirilib ki, “Emin Salman oğlu Xudiyev idarə etdiyi “Mercedes Vito” markalı, 99-NA-120 dövlət nömrə nişanlı mikroavtobusun sükanı arxasında olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

1 min read

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1 min read

Bərdədə 26 yaşlı kişi qətlə yetirildi

Bərdə rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da gecə saat 5 radələrində rayonun Molla Əhmədli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Cavid Hüseynov saxlanılıb. faktla bağlı araşdırma aparılır.

1 min read

Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb. Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı “Volvo” markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə […]

1 min read

Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Botsvananı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə naizrliyin “X” sosial media hesabında paylaşım edilib. “Milli Günü münasibətilə Botsvana xalqına və Hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq! Milli Gününüz mübarək!” – paylaşımda qeyd olunub.