September 2026
Bir qrup prokurorluq əməkdaşına medallar verildi – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Abbasov Mahir Fəxrəddin oğlu Əliyev Vüsal Azad oğlu İsayev Orxan Elşad oğlu Qarayev Teymur Fəxrəddin oğlu “Prokurorluq orqanlarında qulluqda […]
Sürücülərə şad xəbər: Bakının bu ərazisində YENİ YOL və TUNEL inşa edilir
“Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti burada sıxlıq və gecikmələrin yaranmasına səbəb olur”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, AAYDA-nın layihəsi çərçivəsində […]
Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb. Rayon sakini Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən yolda eşşək qoşulmuş araba ilə toqquşub. Hadisə nəticəsində arabada olan kənd sakini Arif Babaşov hadisə yerində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
Qax rayonunda ata oğlunu bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaxbaş kəndi ərazisində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü İmran Fərəcov (ad və soyad şərtidir) evində olarkən oğlu ilə əlaqə saxlayıb. Oğlu ona kənd ərazisindəki kafedə pivə içdiyini bildirib. Bir müddətdən sonra oğlu kafedən çıxarkən dostlarından biri onu evinə qonaq dəvət edib. O, […]
Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən Baloğlan Mirzəliyev və Elxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum ediliblər. İttihama görə, […]
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
Ağstafa rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki parkda qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov həmyerlisi, 1993-cü il təvəllüdlü Sabir Şükürov arasında mübahisə baş verib. Mübahisə zamanı S.Şükürov özü ilə gətirdiyi bıçaqla R.İsmayılovu qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən S.Şükürov saxlanılaraq […]
Bakının iki rayonunda işıqlar sönəcək
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal və Nizami rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq. Yasamal Rayon Enerji […]
UEFA Millətlər Liqasında günün oyunları: Türkiyə və İtaliya üz-üzə
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Canlixeber.com xəbər verir ki, oyun günündə səkkiz matç baş tutacaq. A Liqasının I qrupunda Belçika Fransa ilə, Türkiyə isə İtaliya ilə qarşılaşacaq. B Liqasının II qrupunda Gürcüstan Ukraynanı qəbul edəcək, Şimali İrlandiya isə Macarıstanla üz-üzə gələcək. B Liqasının IV qrupunda Rumıniya Bosniya və Herseqovina ilə, […]
Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq
Türkiyənin “Canik” müdafiə sənayesi şirkəti Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün yeni silah inteqrasiyası həyata keçirib. Canlixeber.com xəbər verir ki, şirkət 12.7×99 millimetrlik M3 ağır pulemyotunun helikopterlərdə istifadəsi üçün hazırladığı FALCON FLEX 50 sistemi ilə silah-platforma inteqrasiyası imkanlarını genişləndirir. Məlumata görə, Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün M3 FALCON pulemyotu və hava vasitələri üçün hazırlanmış […]
Sumqayıtda ağır qəza olub
Novxanı–Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə zamanı bir neçə avtomobil toqquşub. Qəza nəticəsində BYD markalı minik avtomobilinə ciddi ziyan dəyib. Avtomobilin ön hissəsi tamamilə dağılıb. İlkin məlumata görə, qəza zamanı yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Hadisənin təfərrüatları […]
