1 min read

Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı

Bakıda qətl hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib. 48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

1 min read

Hava şəraiti kəskin dəyişir – Əhaliyə XƏBƏRDARLIQ

Sabah Azərbaycanda leysan olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə […]

1 min read

Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək

“Sentyabrın 27-də saat 22:00-da Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub”. Canlixeber.com barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. “Mərhumun ailəsinə və yaxınlarına […]

2 mins read

Bakının mərkəzində piyada zonaları genişləndirilir

Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlimat yayıb. Bildirilib ki, bu çərçivədə 2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini […]

1 min read

Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada […]

1 min read

Polis 103 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da və 27-də ümumi çəkisi 103,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 min read

Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yük avtomobillərinin sürücülərinə çağırış edib. Canlixeber.com xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib. Bildirilib ki, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir: “Bu səbəbdən, ilk növbədə, sürücülərdən yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri, ara məsafəsini düzgün seçmələri, ötmə və manevretmə qaydalarına […]

1 min read

Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib. Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

1 min read

Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib: II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru III dərəcəli dövlət […]