UEFA Millətlər Liqasında günün oyunları: Türkiyə və İtaliya üz-üzə
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Canlixeber.com xəbər verir ki, oyun günündə səkkiz matç baş tutacaq.
A Liqasının I qrupunda Belçika Fransa ilə, Türkiyə isə İtaliya ilə qarşılaşacaq.
B Liqasının II qrupunda Gürcüstan Ukraynanı qəbul edəcək, Şimali İrlandiya isə Macarıstanla üz-üzə gələcək.
B Liqasının IV qrupunda Rumıniya Bosniya və Herseqovina ilə, İsveç isə Polşa ilə qarşılaşacaq.
C Liqasının II qrupunda Ermənistan Monteneqro ilə, Latviya isə Kiprlə qüvvəsini sınayacaq.
UEFA Millətlər Liqası
28 sentyabr
A Liqası, I qrup
22:45. Belçika – Fransa;
22:45. Türkiyə – İtaliya.
B Liqası, II qrup
20:00. Gürcüstan – Ukrayna;
22:45. Şimali İrlandiya – Macarıstan.
B Liqası, IV qrup
22:45. Rumıniya – Bosniya və Herseqovina;
22:45. İsveç – Polşa.
C Liqası, II qrup
20:00. Ermənistan – Monteneqro;
20:00. Latviya – Kipr.
