Bakıda iki mikromobillik zolağı birləşdirildi
1 min read

Bakıda iki mikromobillik zolağı birləşdirildi

Bakının Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin də quraşdırılması nəzərdə tutulur.