Mikromobillik zolağı
Bakıda iki mikromobillik zolağı birləşdirildi
Bakının Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin də quraşdırılması nəzərdə tutulur.
Şəfayət Mehdiyev küçəsi, Vaqif və Mətbuat prospektlərində mikromobillik zolaqları təşkil edilib
Paytaxtın Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək. […]
